VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

23 İyul 2009 

Günün xəbərləri:

45 dildə xəbərlər
BMT-nin Azərbaycana dair növbəti hesabatı çox sərt ola bilər

23/07/2009


BMT-nin İnsan Haqları Komitəsinin Azərbaycana dair iyulun 31-də açıqlaması gözlənilən hesabatı çox tənqidi və sərt ola bilər. Bu sözləri iyulun 21-i və 22-də Cenevrədə “Azərbaycanda nə baş verir?” sualına cavab tapmaq üçün keçirilən görüş zamanı BMT rəsmiləri və diplomatları deyib.

Reuters xəbər agentliyinin məlumatına görə, ziyalılar və qanunvericilərdən ibarət olan 18 üzvlü komitədən təşkil olunmuş heyət Azərbaycan hökumət rəsmilərini sorğu suala çəkib.

“Bu həftə komitə üzvlərinin açıqlamalarından sonra aydındır ki, müstəqil jurnalistlərə hücumlar, ifadə azadlığı və məhkəmələrə dövlət nəzarəti səbəbilə onlar ciddi addımlar atmağa hazırlaşırlar”-deyə adının çəkilməsini istəməyən rəsmi bildirib.

Azərbaycan nümayəndə heyətinə başçılıq edən xarici işlər nazirinin müavini Xələf Xələfov komitə qarşısında çıxışında bildirib ki, jurnalistlər yalnız qanunu pozduqlarına görə həbs olunublar. Komitə üzvlərindən biri isə deyib ki, cənab Xələfovun ölkəsi polis zorakılığını rədd etməyə adətkar olub.

Qeyd edək ki, komitə sessiyası Avropa Birliyindən olan yüksək vəzifəli nümayəndə heyətinin müşayiəti ilə keçirilib. Sessiyada birliklə xüsusilə enerji sektorunda iqtisadi əməkdaşlığın inkişafına çalışan Azərbaycanda insan haqlarının vəziyyətinə dair xəbərdarlıq verilib.

Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.











 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər