VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

22 İyul 2009 

Günün xəbərləri:

45 dildə xəbərlər
ABŞ Mətbuatı: İranda siyasi parçalanma dərinləşir

22/07/2009
İranda mühafizəkar düşərgənin daxilində baş verən parçalanmanın son işarəsi olaraq ölkənin ali dini rəhbəri Ayətulla Əli Xameneyi prezident Mahmud Əhmədinejada vitse-prezident vəzifəsinə təyin etdiyi adamı dəyişməyi söyləyib.  Eləcə də dünən Tehran küçələrində müxalifətin ara-sıra nümayişləri keçirilib.

New York Times qəzetinin yazdığına görə parlamentin yüksək səviyyəli nümayəndəsi Ayətulla Əli Xameneyinin cənab Əhmədinejada məktub göndərdiyini xəbər verib.  Həmin məktubda İsfəndiyar Rəhim Maşayenin vəzifədən çıxarılmasına çağrılır.  “Heç bir ləngitməsiz prezident Maşayenin vəzifədən çıxarılmasını və ya istefasını elan etməlidir,” deyə parlamentin spiker müavini Məhəmməd Həsən Əbuturabi Fərd İSNA xəbər agentliyinə bildirib.  Bu təyinat cənab Maşayenin İran xalqının İsraillilər də daxil olmaqla bir çox xalqlarla dost olduğunu deməsindən mühafizəkarların qəzəblənmələrinin ardınca baş verib.  Mühafizəkarlar təyinatlının İsraillə bağlı dediklərini rədd edir və onun bu fikirlərinin ideoloji xəttə zidd olduğunu bəyan edirlər.  

Çərşənbə axşamı Mahmud Əhmədinejad oğlunun həyat yoldaşının atası olan Maşayeni müdafiə edərək onun vəzifədə saxlanacağını bildirib.  Kabinet təyinatları parlamentin təsdiqini tələb etmir.  Maşaye bu arada dediklərini müdafiə etməyə çalışaraq bəyanatı İsraillə psixoloji müharibənin tərkib hissəsi kimi qələmə verib.  Lakin belə görünür ki, Ayətulla Xamenyinin işə qarışması  məsələnin birdəfəlik aradan qalxmasına yol aça bilər.

FARS xəbər agentliyinin məlumatına görə Əhmədniejad kabinetində 19 dəyişiklik edə bilər ki, bu portfellər sırasına xarici işlər, maliyyə və kəşfiyyat nazirlikləri daxildir.  Müşahidəçilər dəyişikliklərin nüxalifətə siyasi jest kimi həyata keçirilə biləcəyini diqqətlə izləyirlər.  Belə ki, son seçkilər nəticəsində İranda siyasi parçalanma əhəmiyyətli dərəcədə kəskin xarakter alıb.

Washington Post qəzetinin baş məqaləsində İranda cərəyan hadisələr fonunda ABŞ hökumətinin Tehran siyasəti nəzərdən keçirilir.  Hərçənd ki, küçə nümayişləri nisbətən səngiyib, İrandakı siyasi böhran dərinləşməkdə davam edir.  Sabiq prezident və İslam inqilbanın banilərindən biri olan Əli Əkbər Haşemi Rəfsəncani hökumətin bir çox iranlıların etimadını itirdiyini söyləyib.  Ali dini rəhbər Ayətulla Xameneyinin tənqidləri susdurma cəhdi, məğlub olmuş namizəd Mir Hüseyn Musəvi tərəfindən istehza ilə qarşılanıb.  Cənab Musəvi müxalifət nümayişçilərini xarici dövlətlərin agenti adlandırmağı gülünc saydığını bildirib.  Bu arada Obama administrasiyası İranla siyasi dialoqa hazır olduğunu israr edir.  Post redaksiya heyətinin fikrincə hazırda bu növ dialoq öz hakimiyyəti uğrunda ölüm-dirim mübarizəi aparan Ayətulla Xamenyinin mövqeyini gücləndirə bilər.  Belə ki, Vaşinqtonun Tehranla təmaslara daxil olması rejimin legitimliyini artırmış olar. O biri tərəfdən vaxt cədvəlinə uyğun olaraq Tehranın sərt mövqe sərgiləməsi sanksiyalarla qarşılana bilər ki, bunların da effektivliyi şübhə altındadır.  Post-un qənaətinə görə İranın ABŞ-la əlaqələrinin uğurlu məcrasına ən yaxşı şans İranda baş verə biləcək siyasi dəyişikliklərdən qaynaqlanır.  Bu baxımdan həmin ölkədə siyasi qarşıdurma vüsət aldıqca  Obama administrasiyaının bunu nəzərə alması və tələskən addımlardan çəkinməsi daha müdrik qərar olardı.


Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.











 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər