VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

23 İyul 2009 

Günün xəbərləri:

45 dildə xəbərlər
Qırğızıstanın müxalifət lideri prezident seçkilərində saxtakarlıqlara yol verildiyini deyir

23/07/2009

 

Qırğızıstanda prezidentliyə namizəd, müxalifət lideri Almazbek Atambayev deyib ki, seçkilər zamanı geniş pozuntulara yol verildiyinə görə namizədliyini geri götürür. Sabiq baş nazir bugünkü mətbuat konfransında nəticələrin qeyri-qanuni elan edilməsini və seçkilərin yenidən keçirilməsini tələb edib. Almazbek Atambayev Qızğızıstan prezidenti Kurmanbek Bakiyevin əsas rəqibi hesab olunur. Siyasi təhlilçilər isə seçkilərdə  prezident Bakiyevin qələbə əldə edəcəyini gözləyirlər. Bununla da o, gələcək beş ildə hökumətə başçılıq edəcək. Şərhçilər onun hakimiyyətində hökumətin avtoritarlığının artdığına da işarə edirlər.  

 


Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.











 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər