VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

22 İyul 2009 

Günün xəbərləri:

45 dildə xəbərlər
Xameneyi Əhmədinejada vitse-prezident təyinatını ləğv etməyi tapşırıb


22/07/2009

Iranian President Mahmoud Ahmadinejad, Tehran, 27 Jun 2009 (Image issued by Iranian Students News Agency)İran xəbər agentliklərinin məlumatına görə, ölkənin dini lideri Ayətulla Xameneyi prezident Mahmud Əhmədinejada yaxın adamını vitse-prezident təyin etməsi barədə qərarını ləğv etməyi tapşırıb. Əhmədinejadın qərarı ölkə mühafizəkarlarının narazılığına səbəb olmuşdu. İran parlamentinin vitse-spikeri Məhəmməd Həsən Əbuturabi-Fard jurnalistlərə deyib ki, Ayətulla Xameneyi Əhmədinejada göndərdiyi məktubunda vitse-prezidentin dəyişdirilməsinə çağırıb. İsfəndiyar Rəhim Maşaye ötən il «İran İsrail xalqının dostudur» deməklə, ölkədə mühafizəkarların tənqidinə səbəb olmuşdu. Ölkənin nüfuzlu mühafizəkar liderlərindən olan Ayətulla Əhməd Xatəmi prezidenti Maşayenin təyinatı ilə bağlı qərarına yenidən baxmağa səsləmişdi. Maşaye ilə Əhmədinejadın qohumluq əlaqələri var. Belə ki, Maşaye prezidentin qudasıdır.


Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.











 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər